Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
EPİZOD
[yun. epeisodion - əlavə] 1. Hadisə, əhvalat, təsadüf, ittifaq, vəqə. Əsgərlər yana-yana Qələndərdən danışırdılar və kim hansı epizodu nağıl edirdisə, sözünün axırını gətirib Qələndərlə bağlayırdı. Ə.Əbülhəsən.
2. Bədii əsərin bitmiş, müstəqil olan bir parçası. Romandan bir epizod danışdı. // kit. Hadisələr silsiləsi içində bir vəqə. Əhvalatın ən romantik və dramatik epizodu. // Kinoşəklinin məzmunca bitmiş hissəsi. Bu epizodfilmin ən güclü parçasıdır. // Teatr tamaşasında əhvalatın inkişafı ilə bağlı olmayan səhnə, pərdə. Baletin dərin humanist ideyası öz ifiadəsini həm kütləvi qəhrəmanlıq səhnələrində, həm lirik adajiolarda, həm də rəqs epizodlarında tapır. (Qəzetlərdən).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....