Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ENERJİ
[yun.] 1. fiz. Materiyanın əsas xassələrindən biri - onun hərəkət ölçüsü, materiyanın işıq, istilik, elektrik, mexaniki hərəkət və s. şəklində olan hərəkət ehtiyatı. Atom enerjisi. Şüa enerjisi. - Enerjinin itməməsi və çevrilməsi qanunu təbiətin əsas qanunlarından biridir. “Fizika”. // Hər hansı bir cismin, maddənin və s.-nin bir iş görmə, yaxud iş görə bilən qüvvənin mənbəyi olma qabiliyyəti. Suyun enerjisi. Akkumulyator enerjisi. - Nüvədaxili enerji ehtiyatları doğrudan da hədsiz-hüdudsuzdur. A.Qarayev.
2. Qətiyyət, inad, coşqunluq, qüvvət, səy. ..[Firidunun] enerji və qüvvətlə dolu qəlbi susmaq, həyatdan küsmək nə olduğunu bilmirdi. M.İbrahimov. Mirzəyev böyük həvəs və enerji ilə çalışırdı. Ə.Sadıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....