Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ELM
is. [ər.] Təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi. Kimya elmi. Riyaziyyat elmi. Texniki elmlər. Ictimai elmlər. - Vaxtbavaxt “ŞərqRus”un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. F.Köçərli. // İnsan biliklərinin müəyyən bir sahəsi (bir peşə kimi). Elmlə məşğul olmaq. Həyatını elmə sərf etmək. // Oxumaqla əldə edilən bilik, məlumat. Oxuyaq, elm oxumaqlıq dəmidir; Indi aləm dəxi elm aləmidir. A.Səhhət. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşiq oldu qumral qıza. Ə.Cavad. // dan. Bəzən savad, məlumat mənasında. Onun elmi yoxdur.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....