Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ELEKTRIK
[yun.] 1. Materiyanın, yüklü hissəciklərdən: elektronlardan, pozitronlardan, protonlardan və s.-dən ibarət forması. Elektrik haqqında nəzəriyyə.
Xalq təsərrüfatının bütün sahələrində və məişətdə işlədilən enerji növlərindən biri. Işlər elektriklə görünür. Elektrik stansiyasının gücü.
Bu energiyadan hasil olan işıq. Elektrik çəkmək. Elektriki söndürmək. Elektriklə işləyən, elektriklə hərəkətə gətirilən. Elektrik motoru. Elektrikpeçi. Elektrik saatı. Elektrik aqreqatı. // Elektrikdən alınan, hasil edilən. Elektrik işığı. - Məşədi Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev var, qapısının üstündə elektrik fənəri asılıbdır. S.M.Qənizadə. Otaq pis deyil idi, student otağına məxsus hər bir şey var idi: yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta elektrik işığı da yerində idi. Çəmənzəminli. [Qadın] sonra qolumdan tutub çəhrayı abajurlu elektrik çırağının altında qoyulmuş ağ örtüklü stola tərəf çəkdi. I.Əfəndiyev. // Elektrik hasil edən, elektrik verən, elektrik saçan. Bayıl elektrik stansiyası. Elektrik batareyası. Elektrik dövrəsi (elektrik cərəyanı keçən yol). - ..Elektrik stansiyasından Ağbulağa işıqlar yayılırdı. S.Rəhimov.
Elektrik vaqonu (qatarı) - bax elektriçka. ..Qayıdırdım. Gecə saat on birdə elektrik vaqonuna oturdum. S.Hüseyn. Stansiyadan hələ on-on beş addım ayrılmamışdılar ki, elektrik qatarı yola düşüb getdi. M.Rzaquluzadə.
□□ Elektrik stulu - ABŞ-da ölüm cəzası aləti. (Ağ ev “in icadıdır elektrik stulu; Oturub o stulda yandırdılar Makgini. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....