Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ELAN

is. [ər.] 1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. Divara elan vurmaq. Dərslərin başlanması haqqında elan. - Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Mir Cəlal. Elan etmək - 1) hamının eşidəcəyi tərzdə xəbər vermək, məlumat vermək, bildirmək. Iclası açıq elan etmək. Müharibə elan etmək (müharibə başladığını bildirmək).
Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Ə.Haqverdiyev. // Mətbuat vasitəsilə bildirmək. Ianə verənləri mətbuat səhifiələrində adbaad elan etmək çətin idi. Mir Cəlal; 2) açmaq, izhar etmək, bildirmək. Indi daha gəlib çatmış o zaman; Sənə bir gizli sirr edim mən elan. A.Səhhət. Elan vermək - məlumat vermək, xəbərdar etmək, bildirmək. Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. Mir Cəlal; 2) qəzet və ya mətbuat vasitəsilə bildirmək, xəbər vermək. Müşavirə haqqında qəzetdə elan vermək. Elani-eşq (elani-məhəbbət) etmək - eşq və məhəbbətini bildirmək, sevgisini elan etmək. [Məhəmmədcəfər] qadınlar məclisində qadın azadlığı haqqında məruzədə elani-eşq edən dərəcədə ləzzətli danışırdı. Qantəmir.
köhn. Rəsmi bildiriş vərəqəsi. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....