Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
EHTİYATSIZLIQ
is. 1. Ehtiyat gözləməmə, qarşıya çıxa biləcək təhlükəni və s.ni qabaqcadan nəzərə alıb heç bir tədbir görməmə, üsulsuzluq. Ehtiyatsızlıq etmək. Gəldiyev .. taxıl tədarükü müvəkkilliyində çalışanda da xamlıq ucundan, ya ehtiyatsızlıqdan, ya da ayrı səbəbdən bir balaca dolaşan kimi olmuşdu. Mir Cəlal. [Gülsənəm] ehtiyatsızlıq eləyib, Tahirin məktubunu gözaltı elədiyi qıza oxutmuşdu. M.Hüseyn. Ax, bu ehtiyatsızlıq, düşməni saymamaq, onun hiylələrini və bicliklərini hesaba almamaq komandirin ən böyük nöqsanıdır. Ə.Vəliyev.
2. Ehtiyatsız hərəkət. Ehtiyatsızlığa yol vermək. - Ilan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....