Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

EHTİYAT

is. [ər.] 1. Gələcəkdə lazım olacağı nəzərdə tutulub tədarük edilmiş,
saxlanmış şey; tədarük. Ərzaq ehtiyatı. Taxıl ehtiyatı. Mal ehtiyatı. - [Qoca] ..son qonaq ehtiyatı üçün saxladığı böyük şanı kəsib tabaqda buraya gətirmişdi. S.Rəhimov. ..Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. M.İbrahimov. □ Ehtiyat görmək
1) hazırlıq aparmaq, tədarük görmək, hazırlaşmaq (bayram, qonaqlıq, toy və s. münasibəti ilə). Bəli, Bəxtiyara xəbər yolladılar ki, filan gündə, filan saatda sənə qonağıq, ehtiyatını gör. (Nağıl); 2) gələcək üçün yığmaq, toplamaq; tədarük etmək (mal, pul və s). Uzun illər böyük bir etibara malik olan Nemətullayev, çox sakit həyat sürür və gələcək üçün ehtiyat görürdü. S.Rəhimov.
Zərurət, ehtiyac hiss edildikdə istifadə edilən (şey). Ehtiyat fondu. Ehtiyat qüvvələri. Toxunulmaz ehtiyat. - Radio səslənir:
Hüseyn, dön geri; Qalxmışdır ehtiyat təyyarələri. M.Rahim. □ Ehtiyat üçün - gələcəkdə, sonradan gərəkli, lazım olacağı ehtimalı ilə, hər bir ehtimala qarşı. Ehtiyat üçün pul götürmək. Ehtiyat üçün özü ilə adam götürmək. - Müəllim ehtiyat üçün məktəb xidmətçisi Mahmud əmini də götürdü. B.Talıblı. [Kazım] isə ehtiyat üçün götürdüyü kəndiri çıxarıb böyük çətinliklə Zeynəbin əllərini, ayaqlarını sarıdı. İ.Şıxlı. Hələlik istifadə edilməyən, lakin mövcud olan şeyin miqdarı (çox vaxt cəm şəklində işlənir). Neft ehtiyatı. Dəmir ehtiyatı. Ölkəmizin tükənməz ehtiyatı. - Bir sıra alimlərin apardığı hesaba görə, Yer kürəsinin tərkibində olan tək uran və torinin atom energiyası neft və daş kömür ehtiyatının energiyasından 20 dəfə çoxdur. A.Qarayev.
Müharibə vaxtı orduda xidmətə yarayan, hərbi uçotda olan vətəndaşlar. Ehtiyata buraxmaq. Ehtiyatda olanları orduya çağırmaq. - Eldar bir ehtiyat komandiri kimi cəbhəyə getməli oldu. İ.Əfəndiyev.
Təhlükəni nəzərə alaraq, tədbirli, üsullu hərəkət etmə, davranma. Ehtiyat igidin yaraşığıdır. (Ata. sözü). Istədim həcv edim bir özgə sayaq; Amma yenə mane oldu ehtiyat. Q.Zakir. [Bəxtiyar:] Sarayda başqadır həyat; Bir az gərəkdir ehtiyat. A.Şaiq.
Qınama qızları, bu ehtiyatdır; Dünyada tez qızan, tez də soyuyar. S.Vurğun. // Qorxma, çəkinmə. □ Ehtiyat etmək (eləmək) qorxmaq, çəkinmək, saqınmaq. Soyuqdan ehtiyat etmək. Işin çətinliyindən ehtiyat etmək. - Sərsəri basma qədəm eşq təriqinə, Füzuli; Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir. Füzuli. [Qazı:] Qızım, sən heç kəsdən ehtiyat etmə, heç kəsin cürəti yoxdur, sənə bir çırtma vursun. Ə.Haqverdiyev. [Molla Xəlil] müəllimin əleyhinə danışmaqdan, təbliğat aparmaqdan ehtiyat edirdi. S.Hüseyn.
□□ Ehtiyatı əldən buraxmaq - hər bir ehtimala qarşı tədbir görmək. [Vəzir:] Siz hər gün burada hazır olarsınız. Hər halda, ehtiyatı əldən buraxmaq olmaz. U.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....