Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
EHKAM
is. [ər. “hökm” söz. cəmi] 1. Hər hansı bir nəzəriyyənin (əsasən dini nəzəriyyənin) əsas qanunu. İslam dininin ehkamları. - Peymani-fərhəngin ehkamından hər gün nədimlər padşaha oxurdular. M.F.Axundzadə. O kəs ki “Cameyi-Abbas” kitabında dərc olunan həmin şəriət ehkamından xəbərdar deyil, o kəs bu yazılan mətləbi layiqincə başa düşməyəcək. C.Məmmədquluzadə. [Hacı:] Cəmi millətlər ayılıb islam dininin mübarək ehkamlarından faydalanıblar. Mir Cəlal.
2. Bütün tarixi şəraitlər və dövrlər üçün dəyişilməz və inkaredilməz həqiqət kimi qəbul edilən qanun. Müstəbid zülmünü doğrultmaq üçün; Ehkamlar yaratdı, bütlər yaratdı. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....