Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
EH
nida. 1. Kədər, təəssüf, ümidsizlik, həsrət kimi hissləri ifadə edir. [Şərəfnisə:] Eh, heç vaxt deyə bilmənəm ki, nədən ötrü ağlayırdım. M.F.Axundzadə. ..[Kərim baba:] çiyinlərini silkələyərək: - Eh! Adam qocalanda belə sözləri çox eşidər. A.Şaiq. [Bəşirli] indisə güzgüyə baxa-baxa dərindən köksünü ötürüb dedi: - Eh, qocaldıq.. Ə.Vəliyev.
2. Etinasızlıq, etiraz bildirir. İndi müsəlman qardaş da bu cür sözləri eşidəndə, dinməzsöyləməz qəzeti bükür, qoyur kənara və “eh” deyib durur, gedir işinə. C.Məmmədquluzadə. Eh, bilsən də, bilməsən də eyniyik; Mənə qalsa, biz ayrılan deyilik. Ə.Cavad.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla