Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİRƏMƏK
f. 1. Dayamaq, söykəmək. [Xədicə] əllərini yerə dirədi, qalxıb oturmaq istəyirdi. S.Hüseyn. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı, sol əlini də yerə dirədi. Ə.Vəliyev. Leyla alnını pəncərə şüşəsinə dirədi. Ə.Məmmədxanlı.
Zilləmək, diqqətlə baxmaq (bu mənada adətən “gözünü”, “gözlərini” sözü ilə). [Xudayar bəy] ..gözünü evin səqfinə dirəyib, deyəsən, pərdi sayırdı. C.Məmmədquluzadə.
məc. İrəli vermək, sinə gərmək, sipər etmək. Rüstəm kişi sinəsini bu adsız, lakin açıq zərbələrin qabağına dirəyib, iki dəfə özündən çıxır. M.İbrahimov.
□□ Ayağını yerə dirəmək- b ax ayaq dirəmək (“ayaq1’da). [Qulu:] Yox, fələk də ayağını yerə dirəsə, mən bu yeri satmayacağam. A.Şaiq. Divara dirəmək- bax divar. İki ayağını bir başmağa dirəmək bax ayaq1.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....