Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİNCLİK
is. 1. Rahatlıq, sakitlik, istirahət. Mənə alın tərimlə qismət oldu dincliyim. S.Rüstəm. Bəli, Şamama dincliyi, rahat oturmağı başqa cürə başa düşən adamdı. Ə.Əbülhəsən.
□ Dinclik bilməmək - istirahət etməmək, rahatlıq bilməmək, daim çalışmaq, işləmək, fəaliyyətdə olmaq. Dinclik verməmək - rahat qoymamaq, daim narahat etmək, dinc qoymamaq. ..Məcid [Ninaya] dinclik vermirdi. M.S.Ordubadi. Dincliyi tutmamaq - işsiz, fəaliyyətsiz, hərəkətsiz dura bilməmək, rahatlıq bilməmək.
2. Asayiş, əmin-amanlıq, arxayınlıq; sakit, dinc vəziyyət. Məmləkətin hüdudlarında dinclik hökm sürməyə başlamışdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....