Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİNCƏLMƏK
f İstirahətlə öz qüvvəsini bərpa etmək, yorğunluğunu almaq, istirahət
etmək, dincini almaq, rahatlanmaq. [Məşədi Mürsəl:] Buyur, içəri gəl, gəl dincəl, yorulmusan.. T.Ş.Simurq. Ovdakı yorğunluğun da, dincəlməyin də başqa bir dadı var. M.Rzaquluzadə. Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı dincəlirdi. Mir Cəlal.
// İstirahətini bir yerdə keçirmək. Bu il harada dincəldin? - Yayın isti günlərində; Dincəlmişik gözəl, sərin; Kölgəsində meşələrin. M.Dilbazi.
// Rahat olmaq, sakit olmaq, rahatlanmaq, intizardan, təlaşdan, təşvişdən qurtarmaq. Oğlundan bir xəbər olmadığı üçün heç dincələ bilmir. - Yar məndən üz döndərdi; Qoy dincəlsin xalq indi. (Bayatı). Həsənəli bəy gedəndən sonra Məşədi Əsgərin ürəyi bir az dincəlmişdi. S.M.Qənizadə.
// Sakit olmaq, işinə, hərəkətinə, fəaliyyətinə ara vermək. Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi. Q.Zakir. Çıraq yanır, mənim yuxum gəlməyir; Vıyıldayır külək də, dincəlməyir. A.Səhhət. [Səriyyə xala:] Ağlama oğul, dincəl, gedərik. Başını dizimin üstünə qoy! M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....