Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİLŞAD
sif. [fars.] klas. Ürəyi şad, könlü şad, fərəhli. Bir ləhzə bəzmi-yardə dilşadəm, ey könül; Aram tut, bu mətləbi biganə bilməsin. M.Ə.Sabir.
□ Dilşad etmək (eyləmək) - ürəyini şad etmək, sevindirmək, fərəhləndirmək. Ol edir kimini dilşad, kimini məhzun. Q.Zakir. Vay o gündən ki, məni ad elədiz; Elə bildiz də ki, dilşad elədiz. M.Ə.Sabir. Dilşad olmaq - ürəyi şad olmaq. Səni sevən olur həmişə dilşad; Soyun adəmidir, cinsinpərizad. M.P.Vaqif. Piri-meyxanə bu işdən təki dilşad olsun. S.Ə.Şirvani. Vaqif ancaq öz dostundan yetişən kağızdan xoşhal və dilşad olub. F.Köçərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....