Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİLİM-DİLİM
zərf və sif. Dilimlər halında, dilimlər şəklində. Dilim-dilim kəsmək. Dilim-dilim etmək. Qovunu dilim-dilim doğrayıb boşqaba yığmaq. - [Gülsənəm] ..balaca stolun üstünə dilim-dilim doğradığı təndir çörəyi ilə bərabər, yağ, bal və pendir düzmüşdü. M.Hüseyn. Dilim-dilim kəsildi; Taşhavuz qovunları. S.Rüstəm.
// Uzun dillər halında yuxarı qalxan. Dilim-dilim alov kimi baxışlardan qəzəb yağır. S.Vurğun. Alov buxağının bacasından dilim-dilim qalxdıqda Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev.
Dilim-dilim olmaq - tikə-tikə olmaq. Sonra o, dilim-dilim olmuş yaylığının ucu ilə çuxura düşmüş balaca boz gözlərini sildi. S.Rəhimov. Dilim-dilim olasan, dilimdilim olmuş - qarğış ifadəsi.
// Cizgilər, şırımlar, zolaqlar halında olan.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....