Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DİLXOŞLUQ

is. 1. Şadlıq, fərəh, sevinc, məmnunluq. Atası da dilxoşluq ilə oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edirdi. C.Məmmədquluzadə. Hünər gələndə özü ilə şənlik və dilxoşluq gətirərdi. Mir Cəlal.
2. dan. Zarafat, əylənmə, mazaqlaşma.
Dilxoşluq etmək - zarafatlaşmaq, əylənmək, mazaqlaşmaq. Qulammirzə axşam teatrdan qayıdanda yataq otağında arvadı yatmış görür. Çarpayının kənarında əyləşir, dilxoşluq edir. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....