Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİLXOR
sif. və zərf [fars.] Çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus. Məmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor qoydu getdi evinə. C.Məmmədquluzadə. General bu gün çox dilxor idi. S.Rəhman.
□ Dilxor etmək (eləmək) - pərt etmək, əhvalını pozmaq, məyus etmək. Nəhayət, Vaqif də tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib, çar nümayəndəsini dilxor etdi. Çəmənzəminli. [Mahmudu] indi bircə şey dilxor edirdi. Ə.Əbülhəsən. Dilxor olmaq - çox pərt olmaq, əhvalı pozulmaq, məyus olmaq. Amma bir gün mən gənə bərk dilxor oldum. C.Məmmədquluzadə. Çingiz imzaları oxuduqda Qulunun imzasına rast gəldi, dilxor oldu, rəngi qaçdı. Çəmənzəminli. Yoldaşım çox dilxor olmuş və arabaçıya acıqlanmağa başlamışdı. T.Ş.Simurq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla