DİLƏNMƏKf. 1. Dilənçilik etmək, yolçuluq etmək; sədəqə yolu ilə özgədən pul, çörək və s. istəmək. Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərsən bir evdə, pakizə düxtər. Q.Zakir. Dilənçi dedi: - Mən də elsiz-obasız bir qoca, dilənçiyəm. Kəndlərdə dilənirəm. S.S.Axundov.
2. məc. Yalvarırcasına istəmək, ummaq. O baxışlarda çırpınan ruhum; Dilənir gözlərindən istimdad! A.Şaiq. Dostlarınızla paylaşın!
|
Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın. |