Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİLƏK
is. İstək, arzu, xahiş, tələb, təmənna. Onların da var biz kimi ürəyi; Bir arzusu, bir eşqi, bir diləyi. A.Səhhət. [Südabə Səyavuş haqqında:] Bir diləyim varsa, onun vüsalı. H.Cavid. [Xədicənin] hansı xahişi və diləyi yerinə yetirilmişdi ki, vəsiyyətlərinə də ehtiram edilə idi. S.Hüseyn.
Dilək diləmək - xahiş etmək, diləmək. Dərdli Kərəm, diləyini dilə sən; Ağlayasan, sızlayasan, güləsən. Aşıq Kərəm. Dilək istəmək - b ax dilək diləmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....