Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİL-DİŞ
top. Ağızdakı dil və dişlər.
□□ Dildə-dişdə dolaşdırmaq - yaymaq, dillərə salmaq. ..Solmaz öz xəstə yatağında belə, Şiraslanı mülahizə edir, onu səsə-küyə salmaq, dildə-dişdə dolaşdırmaq istəmirdi. S.Rəhimov. Dilə-dişə düşmək - ağızlarda danışılmaq, aləmə yayılmaq. Rüstəmin özü də .. Qəhrəmanın özünün də bu qədər dilədişə düşməsindən narahat olurdu. S.Rəhimov. Başmaq məsələsi dilə-dişə düşdü. Mir Cəlal. Dilə-dişə salmaq - ağızlara düşməsinə, aləmə yayılmasma səbəb olmaq, sözsöhbət üçün hədəf etmək, birinin sirrini, sözlərini camaat arasında yaymaq. ..Kişini [Əntərzadəni] dilə-dişə saldılar. Mir Cəlal. Ancaq gəl hələlik bunu dilə-dişə salmayaq. Ə.Sadıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....