Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DİLDƏN-DİLƏ

zərf Ağızdan-ağıza, ağızlardan, camaatın ağzından, başqalarından. Hicran, əgərçi görməmişəm mübtəlaların; Dildən-dilə eşitmiş idim macəraların. S.Ə.Şirvani.
□ Dildən-dilə düşmək (gəzmək) - ağızlarda danışılmaq, yayılmaq, məşhurlaşmaq, dillərdə dastan olmaq. Dildəndilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli. Mən çəlik ürəkli bir yeni gəncəm: Dildən-dilə düşmüş hekayətim var. M.Müşfiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....