Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİLBİR
sif. və zərf Sözü, fikri, sirri bir; əlbir, həmrəy, həmfikir. [Xudayar bəy:] Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram. Mən elə güman edirəm ki, anannan dilbirsən. C.Məmmədquluzadə. [Kəyan] ..istəkliyoldaşı Maral ilə o qədər xoş, dilbir və ürəkbir həyat sürürdü ki, zövcəsinin bu sözünə ancaq ürəkdən gülər(di). Ə.Əbülhəsən.
□ Dilbir eləmək (etmək), dilbir olmaq - sözbir olmaq, həmrəy olmaq, sözləşmək, qərarlaşmaq. [Zərbəli:] ..Hə, siz Nəzərəli çavuşnan dilbir olun, mənim oğlumu soldatyazdırın, öz uşaqlarınızı da gərmə qalağında gizlədin? Bu da bir qonşuluqdu? C.Məmmədquluzadə. Hər halda gümanım budur ki, əlbir, dilbir olsaq, Xanpəri xalanı düz yola gətirə biləcəyik. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....