Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DİLAVƏR

sif. [fars.] 1. Qoçaq, igid, cəsur, ürəkli, mərd. Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. Zeynəb .. dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. S.S.Axundov. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq.
// İs. mənasında. Dilavərlər yığıldılar.
2. Dilli, yaxşı danışmağı bacaran, məharətlə danışa bilən. O, çox dilavər adamdır.
[Gövhər qarı:] Gərək ortada mənim kimi dilavər bir adam ola ki, tükü-tükdən seçə bilə. İ.Şıxlı. Dedim: - Söz ustası, mahir, dilavər; Şairə Məhsəti sənmisən məgər? M.Dilbazi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....