İzahlı lüğət

DİQQƏT

is. [ər.] 1. Fikrin, yaxud görmə və eşitmə qüvvəsinin bir obyektə tərəf yönəlməsi və onun ətrafında cəmlənməsi. Diqqətə layiq olmaq. - Molla kitabı oxuyurdu və kəndlilər diqqət ilə qulaq asırdılar. Məmmədquluzadə.
□ Diqqət etmək (eləmək) - b ax diqqət vermək. Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqe edirəm, bu yazdığıma yaxşı diqqət eləsin. C.Məmmədquluzadə. İclas başlandıqda Ceyran diqqət edib görür ki, Eldar yoxdur. S.Hüseyn.
Diqqət kəsilmək - tam diqqət etmək, diqqətlə baxmaq. O bütün varlığı ilə diqqət kəsilərək qabağa baxırdı. M.İbrahimov. Gülsənəm arvad diqqət kəsilib öz-özündən soruşdu.. M.Hüseyn. Diqqət mərkəzi - diqqətin toplandığı nöqtə, hamının diqqətini cəlb edən, ən mühüm sayılan şey. Şahnaz diqqət mərkəzində dayandığını hiss etdikcə, özünə daha çox sığal verirdi. İ.Şıxlı. Diqqət nəzər - bax diqqət 1-ci mənada. Danışıqda bu həyulaların diqqət nəzərini yeni bir hadisə cəlb etdi. M.S.Ordubadi. Diqqət oyandırmaq, diqqəti cəlb etmək (çəkmək) - maraqlandırmaq, diqqəti özündə toplamaq. Kəndin diqqəti cəlb edəcək cəhətlərindən birisi də bütün binaların ikimərtəbəli olması və bir quruluşda tikilməsi idi. M.S.Ordubadi. Hacı Rəsul adamların diqqətini çəkə bildiyinə sevindi. Mir Cəlal. Diqqət vermək - fikrini bir şeyə yönəltmək, bir şey üzərində cəmləşdirmək, bir şeyə diqqətlə baxmaq, fikir vermək. Diqqət yetirmək - diqqət vermək. [Süleyman] birdən Gülçöhrəni görüb diqqət yetirir. Ü.Hacıbəyov. Mən bu laqeyd insana diqqət verib baxırdım. M.S.Ordubadi. Qonum-qonşu Rübabə ilə Fatmanın danışığına diqqətyetirirdilər. Mir Cəlal. Diqqətini cəlb etmək - 1) göstərmək, baxmaq, diqqət yetirmək, görməyə məcbur etmək; 2) maraqlandırmaq, diqqət yetirməsinə səbəb olmaq. Bu hadisə mənim diqqətimi cəlb etdi.
// Əmr, xahiş mənasında (bir şeyə diqqəti cəlb etmək istədikdə deyilir). Diqqət! İşə başlayırıq. - [Münəccim:] Südabəni gördün sən; Səyavuşu öpərkən? Gözdən qaçırma, diqqət! H.Cavid.
Qayğı, meyil, iltifat; əhəmiyyət vermə. İnsanların bir-birinə diqqəti. O, qonaqlara böyük diqqət və hörmət yetirdi.
diqqətlə zərf Diqqət edərək, ciddi fikir verərək, diqqət yetirərək. [Müdir] ..bir Zeynala, bir də diqqətlə Mehribana baxdı. S.Hüseyn. Hamı gərgin diqqətlə susurdu. M.İ, Rahimov.
// Dəqiq surətdə, təfərrüatı ilə, diqqətli surətdə, səliqə ilə, lazımi şəkildə. İşi diqqətlə görmək. Kitabı diqqətlə oxumaq. - Məşədibəy həbsdən azad ediləsi adamların siyahısını diqqətlə nəzərdən keçirmişdi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed