Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİK
1. sif. Aşağıdan yuxarıya doğru şaquli (düz) vəziyyətdə duran. Dik ağac. Dik nərdivan. Dik divar.
sif. Çox yüksək, uca, hündür; sarp. Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dördyandan əsər. S.Vurğun. Girdmanın igid sərkərdəsi meydanda dik bir yerdə görünərdi. M.Hüseyn. O kimdir; Aşır dik təpələri; Keçilməz yamacları ? M.Seyidzadə.
zərf Aşağıdan yuxarıya; dikinə, əmudi. Dik çıxmaq. Ağacı dik qoy.
□ Dik atılmaq (qalxmaq, durmaq) - qorxu və ya başqa bir səbəb üzündən hövlnak ayağa qalxmaq, yerindən sıçramaq. Atlar dik atılıb cilovu qırdı; Qoyunlar, quzular çöldə hürküşdü. H.K.Sanılı. Dik durmaq - belini əymədən düz durmaq.
is. mənasında. Təpə, hündür yer, yoxuşluq, təpəlik. Dikə çıxmaq. Dikdən enmək.
Osman gözətçidir o yankı dikdə; Seyr edir baş-ayaq Nemsə düzünü. H.K.Sanılı. Şofer maşını ehtiyatla kol-kosla, çuxurlar və diklərlə yavaş-yavaş sürməyə başladı. Mir Cəlal.
sif. Düz, tam. Dik günorta Rüstəm gəlib, Mələk xanımı götürüb apardı padşahın yanına. (Nağıl).
□□ Dik baxmaq - 1) gözlərini birinin gözlərinə dikərək diqqətlə baxmaq, gərgin bir baxışla baxmaq; 2) qürurla, cəsarətlə baxmaq. Gözünün içinə, yaxud gözünə dik baxa bilməmək - birinin yanında qüsuru, günahı olmaq, xəcalətli olmaq, xəcalət çəkmək. Gözünün içinə, yaxud üzünə dik baxmaq məc. - birinin yanında heç bir qüsuru, günahı, utanılacaq işi olmadığına görə özünü onun yanında tam sərbəst hiss etmək; dik-dik: dik-dik baxmaq - b ax dik baxmaq (“dik”də).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....