Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİDMƏK
f 1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq. Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi. M.Hüseyn.
Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında). Qarğalar leşi didirlər. - Dilin olmasa, gözünü qarğalar didər. (Ata. sözü). Ovlayıb öz şikarını uçaraq; Qonur, orda didib yeyir çalağan. A.Səhhət.
// Dırnağı, dişi və s. ilə parça-parça etmək, tikə-tikə etmək, doğrayıb tökmək. O, əlindəki bir parça kağızı dişi ilə didib vaqona püfləyirdi. M.S.Ordubadi.
// məc. Ruhi əzab vermək, iztirab vermək, incitmək; xırpalamaq. [Hacı Murad:] Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. S.S.Axundov. [İncə:] Onun görkəmi ürəyi didir. C.Cabbarlı. Bildilər o zaman Hacı bəhərçin; Didəcək onları qurddan da betər. H.K.Sanılı.
□ Bir-birini didmək vuruşmaq, dalaşmaq, çeynəşmək, boğuşmaq, didişmək. [Məsmə:] Orda adamlar birbirini didirmişlər. Mir Cəlal.
Cırmaqlamaq, saçlarını yolmaq. Gülnaz əlləri ilə [Məmmədin] üzünü, gözünü didir, çırpınıb çıxmağa can atırdı. M.İbrahimov. Gülüş iti dırnaqları ilə Məmişin üzgözünü didməyə başladı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....