Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
əd. 1. Təkid, əmr, ya xahiş bildirir. Di, yaz! Di, tez ol! Di, gəl çıx! - Di, yumma gözlərini, qoy görüm doyunca barı. X.Natəvan. Toplayıb bir dəstə çiçək; Di, gəlin məktəbə gedək. Ə.Cavad. Odur, qızım, - deyə qarı yavaşdanpıçıldadı. - Di, dur! Ə.Məmmədxanlı.
2. Təəccüb, narazılıq bildirir. Di gör, nə deyir. Di gəl, gör nə danışır.
□□ Di gəl, di gəl ki... - amma, lakin, halbuki. ...İndi hökumət bizə, tutaq ki, elə izin verdi ki, ana dilimiz məktəblərdə oxunsun. Amma, di gəl ki, müəllim hanı? C.Məmmədquluzadə. Balaca qız uşağıdı. Di gəl ki, qüdrətdən buna elə bir məlahətli səs verilib ki, deyirsən, yeməyim, içməyim, oturum, qulaq asım. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....