Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DƏZGAH

is. [fars.] 1. Ağac, metal və başqa materialları emal edən və müxtəlif şeylər hazırlayan maşın. Deşmə dəzgahı. Toxuculuq dəzgahı. Qazma dəzgahı. - Kərim birbaş qazma dəzgahının yanında durmuş uzunboylu, sarışın adama yaxınlaşdı. M.İbrahimov. Son sistemli torna və deşmə dəzgahları yan-yana işləyirdi. Ə.Sadıq.
Üzərində ustaların iş gördükləri böyük masa. Dərzi dəzgahı. Çilingər dəzgahı.
Xalça, palaz və s. toxumaq üçün qurğu; xana. Xalçalar hündür dəzgahlarda toxunur.
Quruda qayrılan gəminin oturulduğu qurğu.
// Bənnaların, suvaqçıların və b.-nın üstündə dayanıb işlədikləri taxtapuş.
Topun, pulemyotun və b. ağır silahların gövdəsinin bənd edildiyi altlıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....