Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏYİŞİKLİK
is. Başqa şəklə (hala) düşmə, başqalaşma, başqalıq; təbəddülat. Xəstənin vəziyyətində dəyişiklik görünür. Cəbhədə heç bir dəyişiklik yoxdur. Temperatur dəyişikliyi. - Mühitimdə gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də [Tağı əmidən] öyrəndim. S.S.Axundov. Müdirin üzündə heç bir dəyişiklik yox idi. Ə.Vəliyev. [Elçin:] Kim düşünə bilər ki, bizim proyektdə bu qədər dəyişiklik ola bilər? Z.Xəlil.
// Yenilik, yeni hal, yeni vəziyyət; dönüş. İşdə dəyişiklik yaratmaq.
[Günəşin] yaradan əlləri kiçik, alçaq otaqların quruluşunda .. böyük bir dəyişiklik əmələ gətirmişdi. A.Şaiq. Xədicənin halında bir dəyişiklik vardı. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....