Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏYİRMAN
is. Dəni üyüdüb una və ya yarmaya çevirmək üçün müxtəlif qurğuları olan karxana, müəssisə. Yel dəyirmanı. Su dəyirmanı. Buxar dəyirmanı. - Dəyirmanın yaraşığı torba-çuvaldır. (Ata. sözü). Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. C.Məmmədquluzadə.
□ Qəhvə dəyirmanı - qəhvə üyütmək üçün kiçik maşın (dəyirman). Ə1 dəyirmanı - əllə hərəkətə gətirilən, yarma və s. üyütmək üçün kiçik maşın.
□□ Dəyirman kimi üyüdüb tökmək - çox danışmaq, boş-boş danışmaq. Dəyirman xoruzu - çox sağlam, qıvraq adam haqqında. Dəyirman şahadı - dəyirmanda üyüdülən dəndən götürülən üyütmə haqqı. Dəyirmanın bogazından salsan (altdan) diri çıxar son dərəcə zirək və diribaş adam haqqında.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....