Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏYƏR
is. 1. Qiymət, baha. Kitabın dəyəri nədir? Məhsulun maya dəyəri.
iqt. Əmtəə istehsalına sərf edilən və bu əmtəədə maddiləşən abstrakt əməyin müəyyən miqdarı. Dəyərin miqdarı ictimaizəruri iş vaxtı ilə təyin edilir. İzafi dəyər.
məc. Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Əsərin bədii dəyəri. Bu sözün heç bir dəyəri yoxdur. - Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə, azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. M.S.Ordubadi. Gözəl olur bu yerlərin səhəri; Məncə, vardır dünyalara dəyəri. A.Şaiq.
sif. Layiq. Oxumağa dəyər əsər. Görməyə dəyər yer.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....