Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DƏVƏT

is. [ər.] Hörmətlə bir yerə çağırma (çağırılma); çağırış. Onlar heç kəsin dəvətini qəbul etmədilər. M.S.Ordubadi. Dilara .. Əjdərin dəvəti üzrə kəndə qonaq getmişdi. Ə.Məmmədxanlı.
□ Dəvət etmək (eləmək) - 1) hörmətlə bir yerə çağırmaq. Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə, Usta Zeynalı şama dəvət etdi. Ə.Haqverdiyev; 2) kit. özünü bu və ya başqa cür aparmağı, bir şeyi qəbul və ya bir şeyə riayət etməyi tələb etmək, təklif etmək. İntizama dəvət etmək. [Qəhrəman] ..Yusifi sarpdığı əyri yoldan doğru yola dəvət etmək istəyirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....