Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏSTƏLƏMƏK
f. 1. Dəstə halına salmaq, dəstə etmək. Uşaq yığdığı sünbülü dəstələməkdə olduğundan Tapdığı tanımadı. Ə.Əbülhəsən.
Bir yerə yığmaq, yığışdırmaq. [Qazı] ..utandığından Güllü qızın üzünə də baxa bilməyib, abasının ətəyini dəstələyib evinə getdi. (Nağıl). Xanpəri tez ayağa durub tumanının ətəklərini dəstələdi, “gecəniz xeyrə qalsın!” - deyib cəld çölə fırlandı. Ə.Vəliyev. Aftab xanım tumanının ətəyini əlində dəstələyib yavaş-yavaş pilləkənlə ikinci mərtəbəyə çıxmağa başladı. Ə.Abasov.
Çin-çin yığmaq. Muzdur kişi indi cığcığa kimi yüzlükləri on-on bir-birinin üstə dəstələyib evin ortasında düzdü. S.M.Qənizadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....