Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏSTƏ1
is. [fars.] 1. Birgə fəaliyyət üçün birləşmiş adamlardan ibarət mütəşəkkil qrup. Geoloji kəşfiyyat dəstəsi. Ovçular üç dəstəyə ayrıldılar. Çalğıçılar dəstəsi. -Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi. Ə.Haqverdiyev.
Xüsusi hərbi hissə. Piyada dəstəsi. Kəşfiyyatçı dəstəsi. Partizan dəstəsi. - Sərhədlərdən köhnə qoşunları götürüb yerlərinə təzə və inandığımız dəstələrdən təyin etməliyik. M.S.Ordubadi. Dəstə öz komandirinin əmri ilə irəliləyirdi. Ə.Vəliyev.
Qatar. Quş dəstəsi. - Hərdənbir kəndin üzərindən durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.
Bir əldə tutulacaq qədər, ip və s. ilə bağlanmış gül, göyərti, ot və s. toplusu. Bir dəstə nanə. Bir dəstə çiçək. - Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altına düz bənövşəni. Qurbani. Abbas odun ilə bərabər bir dəstə quluncar da yığıb bazara gətirmişdi... S.S.Axundov. Usta .. əlindəki gül dəstəsini yemək masasının üstünə atdı. M.Hüseyn.
// Bir yerdə bağlanmış, yaxud çin-çin yığılmış eyni cinsli şeylər toplusu. Bir dəstə qəzet. Bir dəstə kağız pul. - Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxartdı. M.İbrahimov. Kənd poçtalyonu Araza bir dəstə qəzet uzatdı. Ə.Məmmədxanlı. İmran kişi eşiyə çıxıb, kabinetinin qapısını bağladı və açar dəstəsini cingilti ilə paltosunun cibinə qoydu. M.Hüseyn.
zool. Heyvanların təsnifatında qohum ailələri birləşdirən bölmə. Buğumayaqlılar dəstəsi.
dəstə-dəstə zərf 1) dəstələr halında. Odur, atlılar ya dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. C.Məmmədquluzadə; 2) qatarqatar. Az sonra sanki bütün quşlara xəbər yayıldı. Onlar dəstə-dəstə uçub gəldilər. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla