Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏSMAL
is. [fars.] 1. Əl-üz və s. silmək üçün ensiz, uzunsov parça; məhrəba. Üz dəsmalı. Qab dəsmalı. Yaş dəsmalla bədənini sürtmək. - Səməndər dəsmalını qatlayıb çarpayısının başından asdı. M.Hüseyn. [Mahmud] üz dəsmalı ilə yarasını sarımış(dı).. Ə.Əbülhəsən.
// Burun və göz silmək üçün kvadratşəkilli parça; yaylıq. Qadın .. dəsmalı çıxarıb gözünün yaşını silmək istərkən, üzünün bir tərəfini yenə də müdirə göstərdi. M.S.Ordubadi. [Tahirzadə] dəsmalını çıxarıb üz-gözünü bərk-bərk sildi. Mir Cəlal.
2. İçinə şey qoyulub bağlanılan hər cür parça, bağlama. Qasım əmi dəsmalın içinə bir neçə çörək qoyub bağladı belinə. C.Məmmədquluzadə. Qəmər qucağında çiçək və əlində dəsmal bağlısı daxil olur. Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....