Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏRYA
is. [fars.] 1. Dəniz. 'Bənzərəm bir qocaman dağa ki, dəryada durar. M.Ə.Sabir. Ağır-ağır, bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət.
məc. Təşbehlərdə, müqayisələrdə: hədsizlik, son dərəcə çoxluq, bolluq, tükənməzlik, nəhayətsizlik bildirir. [Əsgər bəy:] Mən ki bilirəm, [Hacı Qara] Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan, dərya zərərin vardır. M.F.Axundzadə. Gözüm yaşı qəmimdən, ağlamaqdan döndü dəryayə; Məni axır həlak eylər bu çeşmixunfəşan sənsiz. S.Ə.Şirvani. Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza.
Dəryalar qədər - son dərəcə çox, intəhasız dərəcədə. Elm dəryası (bəzən istehza ilə deyilir) - çox elmli, çox oxumuş, çox bilikli adam haqqında. Kişi elm dəryasıdır!
[Heydər ağa:] ..Maşallah, cənab şeyx elm dəryasıdır, mən belə alim görməmişəm. C.Məmmədquluzadə. Fikir (qəm) dəryasına qərq olmaq - çox fikirli olmaq, dərin fikrə dalmaq. .. Məhəmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə. Fəxrəddin fikir dəryasına qərq olmuşdu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....