Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏRMƏK
f. 1. Meyvə, çiçək və s.-ni birbir qoparmaq, toplamaq. Alma dərmək. Üzüm dərmək. Gül dərmək. - Qızılgülü dərərəm; Pəncərəyə sərərəm; Vəfalı bir yar olsa; Yolunda can verərəm. (Bayatı). Başına döndüyüm, ay qəşəng pəri; Adətdir dərərlər yaz bənövşəni. Qurbani. Bağın nemətləri olduqca dən-dən; Əmirxan onları vaxtında dərdi. S.Vurğun.
2. Corab, kilim və s.-də olan yırtığı toxuyub yamamaq. Corabın yırtığını dərmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....