Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏRİNLİK
is. 1. Bir şeyin, üzərindən ta dibinə, yaxud aşağıya doğru gedən istiqamətdəki nöqtəsinə qədər olan məsafə. Quyunun dərinliyi 10 metrdir. - Həbib şumun dərinliyini yoxlayır, Mədəd Həbibin dediklərini bloknotuna qeyd edirdi. Ə.Vəliyev. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq.
// Dərin şeyin halı. Dənizin dərinliyi. Gölün dərinliyi. Bu dərənin dərinliyi adamı qorxudur.
// Dərin qat, təbəqə mənasında.
Çox uzaqlıq, çox yüksəklik (intəhasızlıq) mənasında. Hava yerin üzündə dəryada su duran kimi durubdur. Bu hava dəryasının dərinliyi 7-8 verstdən ziyadədir. H.Zərdabi. Çamırlı yerdən qalxan buxar dibsiz fəzanın dərinliklərinə uçub getdi. M.Hüseyn.
// İç, uzaq tərəflər, içərilər. Rüstəm xeyli zaman çovğunla əlləşə-əlləşə meşənin dərinliyinə girdi. S.Rəhimov.
məc. “Qəlbinin”, “ürəyinin” və s. sözlərlə - bir şəxsin daxili duyğuları, hissiyyatı, təəssüratı haqqında. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış yekrəng olmayan o qiymətli və silinməz xatirələr!.. A.Şaiq. Şair ən inadkar bir çocuq kimi; Endi xəyalının dərinliyinə... S.Vurğun.
məc. Ciddilik, dərin mənalılıq, dərin məzmunluluq. Fikrin dərinliyi. Əsərin məzmunca dərinliyi. - Dərinlik çox gözəldir; sadə olarsa; Nə çıxar o şeirdən, başımı yorsa? M.Müşfiq.
□□ Dərinlik nasosu tex. - dərin neft quyularından neft çıxaran nasosların xüsusi növü. Hazırda neft quyulardan üç üsulla çıxarılır; fontan, dərinlik nasosu, kompressor. M.Məmmədli. Dərinlik nasosu ilə istismar zamanı bir çox hallarda quyuların təmizlənməsini təxirə salmaq mümkün olmur.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....