Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏRDLİ
sif. 1. Dərdi, kədəri olan. Mehriban dərdli başını məzlumanə bir tərzdə qaldırıb yaşı yanaqlarına doğru axan gözləri ilə baxdıqda Səlimi gördü. S.Hüseyn. Bizim dərdli Rəna, bir də ki Əsmət; Gəldi aparmağa nakam Güləri. M.Rahim.
// Hüzn gətirən; həzin, kədərli, qüssəli, ələmli, yanıqlı. Aşiqin dərdli mahnıları. - Mən bilməz idim, bəla imiş eşq; Bir dərdli macəra imiş eşq. Füzuli. Mən səni görmüşəm on beş il əzəl; Dilində bir qoşma, bir dərdli qəzəl. S.Vurğun.
// İs. mənasında. Dərdli söylədiyini dəli söyləməz. (Ata. sözü). Gecə uzun, ay batmaz; Dərdlilər gecə yatmaz. (Bayatı).
2. Xəstəliyi, illəti olan; əlil, məriz.
dərdli-dərdli zərf Qəmli, qüssəli, dərdli halda, qəmgin-qəmgin, yanıqlı-yanıqlı.
Bəzən dərdli-dərdli yaşmaq altından; Solğun baxışınla sakit baxırsan. Ə.Cavad. [Səlim] qapının ağzında dik dayanır, dərdlidərdli ağlayır, buradaca mürgüləyirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....