Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
DƏRBƏDƏR
sif. [fars.] Qapı-qapı gəzən, avara, yurdsuz; ev-eşiyindən, yerindənyurdundan avara düşmüş.
// Zərf mənasında. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir.
□ Dərbədər düşmək (olmaq)
qapı-qapı gəzmək, evsiz-eşiksiz qalmaq, yerindən-yurdundan olmaq. [Vəzir:] İndi vəzarəti hər kəsə ki layiq görürsən, ona ver, mən başımı götürüb bu vilayətdən dərbədər olacağam. M.F.Axundzadə. Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərkən bir evdə pakizə düxtər. Q.Zakir. Dərbədər düşsün! (olsun!) - qarğış ifadəsi. [Balakişi:] Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər! Ə.Haqverdiyev. [Xırdaxanım:] Dərbədər olsun, məni bu evə düçar eyləyən! N.Vəzirov. Dərbədər etmək - 1) bax dərbədər qoymaq. Çərxi-kəcrəftar eylədi vətəndən dərbədər məni. Q.Zakir. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub, dərbədər etdin məni sən. A.Səhhət; 2) dağıtmaq, darmadağın etmək. Aradan keçdi illər; Çarın söndü çırağı; Tarix etdi dərbədər; O qanlı təmtərağı. Ə.Cavad. Sən ölməklə bitməyəcək məsələ; Qoşunların dərbədər olsun gərək. Ə.Vahid. Dərbədər qoymaq (salmaq) - avara salmaq, qapılara düşməsinə səbəb olmaq, evsiz-eşiksiz qoymaq, yurd-yuvasından ayrı salmaq. Xanimanımdan məni saldı, Nəbati, dərbədər; Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm. Ə.Nəbati. Şikəstə Zakirin varı var idi; Xalq içində etibarı var idi; Əbəsəbəs saldı dərbədər, gözəl. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....