Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏNİZ
is. 1. Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə olunmuş böyük sahəsi, okeanın bir hissəsi; dərya. Qara dəniz. Xəzər dənizi. - Dəniz okeanların az-çox təcrid edilmiş hissələridir ki, bunların özlərinin xüsusi rejimi vardır. “Ümumi fiziki coğrafiya”.
// Acı-şor suyu olan çox böyük göl. Aral dənizi. - Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.
// Yer üzündəki okean və dənizlərin məcmusu. Dənizlə Amerikaya getmək.
// Süni surətdə düzəldilmiş çox böyük sututar. Mingəçevir dənizi. - Xəritədə Azərbaycan düzlərini sulamaq üçün bu dənizdən çəkilən kanalların şəbəkəsi görünürdü. Ə.Sadıq.
□ Dəniz nəqliyyatı - dənizlərdə işləyən nəqliyyat vasitələri (gəmilər və s.).
məc. Təşbehlərdə, müqayisələrdə çoxluq, nəhayətsizlik, intəhasızlıq bildirir. Xəyalımız üzəydi sövda dənizlərində; Ləpələr üzərində. M.Müşfiq. Tərlan izdihama yaxınlaşdıqca, elə bil onun qarşısında böyük bir insan dənizi dalğalanırdı. M.Hüseyn.
□□ Dəniz tutmaq - gəminin yırğalanması nəticəsində ürəkbulanması və başağrısı şəklində təzahür edən xəstəlik halı. Dənizdə balıq sövdası - ortada mövcud olmayan qeyri-real bir şey haqqında söhbət aparma. Dənizdə balıq sövdası olmaz. (Ata. sözü). Dənizdə bir damcı - müqayisəedilməz dərəcədə az, çox cüzi bir şey haqqında.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla