Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏNƏ
is. [fars.] 1. Eyni cinsdən olan şeylərin hər biri, ədəd (cansız şeyləri sayarkən işlədilir). Beş dənə kitab. İki dənə alma.
Hacı Məcid əfəndinin Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. C.Məmmədquluzadə. Telli özünə toxuduğu yun corabı aldı. Onun üstünə bir on dənə yumurta qoyub Molla Xəlilin yanına getdi. S.Hüseyn.
□ Bir(cə) dənə - tək, yalnız, vahid. Balamsan, bir dənəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm, sənə qurban; Sən ölmə, bir dənəsən. (Layla). Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən; Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən. Ə.Vahid.
Dənli bitkilərin məhsulunun hər bir dəni. Düyü dənəsi. - Bir taxıl dənəsi itməsin deyə; Gündüzə qarışır gecələrimiz. B.Vahabzadə.
Səpələnən, yaxud ovulan şeylərin ən kiçik hissəcikləri. Qum dənələri. - Qəhvənin dənələrinə qeyri dənələr qarışdırıb satırlar, onu tanımaqdan ötrü qovurub qaynar suya atanda o dənələrpartlayıb dağılır. H.Zərdabi.
Çəyirdək, toxum, tum. Arvad bir də baxır ki, molla iydələrin dənəsini də yeyir. “M.N.lətif.”
dənə-dənə zərf Hər dənəsini ayrıca, birbir, dən-dən. Tutu dənə-dənə yığmışam.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla