Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏN
is. 1. Dənli bitkilərin məhsulunun hər bir dənəsi, ayrı-ayrı toxumu, tumu. Dənin ağırlığından sünbüllər başını əyir, biçinçilərə gəl-gəl deyir. Mir Cəlal. Qarğıdalının da dəninin çox hissəsi sulu karbonlardan ibarətdir.
□ Dən bağlamaq (tutmaq)
dənli bitkilərdə dən əmələ gəlmək, başaq bağlamaq, toxumlanmaq. Əzizim nədən bağlar; Pərvanə nədən bağlar; Əkmə namərd zəmisin; Nə bitər, nə dən bağlar. (Bayatı). Dənə düşmək - çox dən yeməkdən xəstələnmək (bəzi ev heyvanları haqqında).
Ümumiyyətlə, taxıl, buğda, arpa, düyü və s. dənli bitki məhsulu. Dəyirmanda dənin yox, şahad üstə başımı niyə yarırsan? (Ata. sözü).
Quş yemi. Quş dənə yığılar, çibin şirəyə. (Ata. sözü). Sənəm qarı balağından çəngə ilə dən götürüb toyuq-cücələrə səpirdi. Ə.Məmmədxanlı.
məc. Saç və saqqalda tək-tək ağ tük. Kiçik bir zeh açdı saçlarına dən; Başda çiçək açar insan hünəri. S.Vurğun.
□ Dən düşmək (saça, saqqala) - 1) tək-tük ağarmaq. Nə erkən sənə dən düşdü, .. Beynimmi qüvvədən düşdü? Ağarma, saçım, ağarma! M.Araz. Deyirəm gücümü elə vermişəm; Saçıma dən düşsə, qoy düşsün, nə qəm. R.Rza. Artıq alnım qırışdı, saçlarıma düşdü dən. Ə.Cəmil; 2) ağarmağa başlamaq, yetişməyə başlamaq. Dağlara çən düşəndə; Sünbülə dən düşəndə; Ruhum qəfəsdə oynar; Yadıma sən düşəndə. (Bayatı).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla