Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏMİR
is. 1. Təbiətdə çox yayılmış, karbonla birləşdikdə polad və çuqun əmələ gətirən bozrəngli ağır kimyəvi element. Dəmir
mədəni. Dəmirparçası. - Ahənrüba .. dəmiri cəzb edir, yəni özünə çəkir. C.Məmmədquluzadə.
// Dəmir parçası, dəmir təbəqəsi, dəmir çubuq. Aslan həyətdə paslı dəmir üstündə oturub, Bayramın yolunu gözləyirdi. M.Hüseyn.
// Ümumiyyətlə, dəmirdən qayrılmış şey, ya şeylər. 'Evin damı dəmirdir. Qapı dəmirdəndir.
Dəmirdən qayrılmış, dəmirdən hazırlanmış. Dəmir kassa. Dəmir mil. - [Gülsənəm] otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı. M.Hüseyn.
// Məc. mənada. Dəmir qanadlar. - Dəmir atlar dolaşır şimalın meşəsini. R.Rza.
tib. Tərkibində dəmir preparatı olan dərman.
məc. Möhkəm, yenilməz, sarsılmaz. Dəmir iradə. - [Qara kişi] sərt xasiyyətli, dəmir iradəli, eyni zamanda mehriban qəlbli bir adam idi. Ə.Sadıq.
// məc. Eyni mənada təşbeh və müqayisələrdə. Dəmir, beton kimi sıxdır sıramız. M.Müşfiq. Hər tərəfdə yeni dünya qurulur; Sərt sulara dəmir bəndlər vurulur. Z.Xəlil.
□□ Dəmir dövrü arxeol. - ibtidai icma dövründə insanların əmək alətləri qayırmaq üçün əsas material olaraq dəmir işlətməyə başladıqları dövr. Dəmir yolu - 1) qatarların hərəkət etməsi üçün relsli yol. Dəmir yolu çəkmək. - O ki qaldı, nə bilim, dəmir yolu, telefon, teleqram .. onların mənasını Əhməd bəy başa düşmür. C.Məmmədquluzadə; 2) relsli yollara, qatarlara və qatarların hərəkətinə xidmət və bu işləri təşkil etməklə məşğul olan idarələrin məcmusu. Dəmir yolunda işləmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....