Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DƏM2

is. [fars.] 1. Od üstündə aramla bişmə, yaxud dəm alma. Xörək dəmdədir. -Dedim: - Vallah, onu-bunu bilmirəm, bu saat.. [çay] dəmdə, şahmat da stol üstdə qurulu. C.Məmmədquluzadə.
□ Dəm almaq (çəkmək) - 1) qaynar suda qalıb yetişmək, suyu çəkilərək öz buğunda bişmək. Plov dəm almışdır. - Hər cümə avamın plovu dəm çəkir. M.Möcüz; 2) od üstündə rəng alaraq ətri çıxmaq və içməyə yararlı hala gəlmək (çay, qəhvə haqqında). Dəm tökmək - tərləmək, damcı-damcı tökülmək (dəm çəkmək üçün qazanın ağzına qoyulan qapaqdan). Dəmə qoymaq - aramla öz buğunda bişmək, yaxud dəm almaq üçün zəif od üstündə saxlamaq. Xörəyi dəmə qoymaq. Çayı dəmə qoymaq. Dəmini almaq - dəm almaq üçün qazanın ağzına qoyulmuş qapağı götürüb üzərindəki damcı-damcı suyu kənara tökmək. Sürmə xalaplovun dəmini aldı.. S.Rəhimov.
Buğ, buxar, qaz.
// Kömürün və s.-nin natamam yanması nəticəsində əmələ gələn boğucu, zəhərli qaz. Dəm tutmaq. Dəmdən zəhərlənmək. Dəm qazı.
məc. Kef, nəşə; istirahət. Dəm dəm gətirər, qəm - qəm. (Ata. sözü). Qüssəyə gəl, qəmə gəl; Kef istəsən, dəmə gəl; Dərd bilən özü gələr; Bilməyənə demə, gəl. (Bayatı).
Dəm almaq (çəkmək) - nəşələnmək, keflənmək, ləzzət çəkmək, xoşlanmaq. [Aşpaz] ocağın istisi dəydikcə xumarlanıb dəm alırdı. M.Hüseyn. Dəmə uymaq - kefə uymaq, başı kefə qarışmaq. Heç demirlər oğul-uşaq var. Yəqin dəmə uyublar. S.Rəhimov. Dəmi sazlanmaq - kefi gəlmək; nəşələnmək. Mocuxun kefi kökəldi, dəmi sazlandı. S.Rəhimov.
məc. dan. Bərk kefli, məst. Hərif dəmdir.
məh. Bax dəmyə 1-ci mənada. Dəm xır. Dəm bostan.
□□ Dəm tutmaq - 1) züy tutmaq b a x züy1
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....