Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏLMƏK
f 1. Bir şeylə deşmək, dəlik açmaq, oymaq. Taxtanı dəlmək. Dəmiri dəlmək. - Ağacdələn öz yuvasını ağac koğuşlarında qayırır. Bunun üçün o, ağacda olan hazır koğuşlardan istifadə edir və ya qurumaqda olan ağacları dələrək, yekə koğuş açır.
// Deşib keçmək, dəlib keçmək. Güllə torpaq barını dəldi. - [Atakişi] lap yaxında, yol üstündə əyləşib odlu miskənə ilə rels dələn bir oğlanı dindirdi. Mir Cəlal.
// Məc. mənada. Bir qələm əsrlik hicran yaratdı; Bir xalqı yarıya böldü qılınc tək; .. Dəldi sinəsini Azərbaycanın. B.Vahabzadə. Arasıra günəş işıqları [buludları] yarır və iti oxlar kimi göy qübbəsini dəlirdi. M.İbrahimov.
2. məc. Adətən “bağrmı”, “qəlbini”, “canmı” sözlərlə - mənən incitmək, ruhən əziyyət vermək. Yandırdı şövqün canımı; Dəldi fəraqın bağrımı. Nəsimi. Başıma mənim bir iş gəlibdir; Eşq atəşi ürəyimi dəlibdir. Xətayi. Zalım oğlu onu qoyub nişana; Dəlib ürəyini, boyayıb qana. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....