Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏLLAL
is. [ər.] 1. Alverdə alanla satan arasında vasitəçilik edən şəxs. Genə şəhr içrə gördü ol minval; Satır əvvəlki eşşəyi dəllal. S.Ə.Şirvani. Dəllallar ilə hiylədə şeytan da bacarmaz! Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz! Ə.Vahid.
Hər hansı bir işi həll etmək üçün iki nəfər arasında vasitəçilik edən adam; araçı. Əhməd orta məktəbi bitirdiyi gündən Məhərrəm əmi onunpulsuz dəllalı olmuşdu. A.Şaiq.
Aradüzəldən, vasitəçi. O bilirdi ki, bu qadın dəllalları fəlakətə düşmüş qurbanlarını dərhal görür. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....