Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏLİL
is. [ər.] Hər hansı bir şeyi sübut etmək üçün əsas; sübut. Tutarlı dəlil. Dəlil gətirmək. Bunu sübut etmək üçün dəlil lazımdır.
[Hacı Kərim:] İksirin aləmdə vücudu olmağına dəlil çoxdur! M.F.Axundzadə. Müəllim hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn. Məmməd bəyin dəlilləri Rəşid bəyi xeyli düşündürdü. M.Hüseyn.
□□ Dəlil etmək - yol göstərmək, nəsihət etmək (bəzən “nəsihət”, “dəlalət” sözləri ilə birlikdə işlənir). Xəyalımda qoymuşdum; dəlil-nəsihət etməklə Məşədini yola gətirəm. C.Məmmədquluzadə. Sadıq şirin dilini işə saldı. Kərimə göz vurdu. Xanpəriyə dəlil-dəlalət elədi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....