Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏLİ-DİVANƏ
bax dəli 1 və 4-cü mənalarda. Bu uçan pərvanədir; Qəlbi şanəşanədir; Mən xəbərsiz gəlmişəm; Yar dəlidivanədir. (Bayatı). Bən bir dəli-divanəyəm, gör kim, nə məmur olmuşam. Nəsimi. [1-ci əcinnə:] Budur, neçə vaxtdır xanım bunu gözləyir. Bundan ötrü dəli-divanədir. Ə.Haqverdiyev.
□ Dəli-divanə etmək bax dəli etmək (“dəli”də). [Güldəstə:] [Hacını] dəli-divanə edən sənin dövlətindir. N.Vəzirov. Dəli-divanə olmaq - b ax dəli olmaq (“dəli”də). Şahsənəm günü o gündən Qərib deyə dəli-divanə olmuşdu. “Aşıq Qərib”. ..Dövlət duması barəsində yazdıqlarınızı oxuyub, inan ki, dəli-divanə oluram. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....