Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏLİCƏSİNƏ
zərf 1. Dəli kimi, dəlilərə xas olan bir surətdə, özünü itirmiş halda. 'Dəlicəsinə hərəkət. Dəlicəsinə danışmaq.
Rəsul dəlicəsinə ayılıb gördü ki, qəbiristanlıqdadır. “Aşıq Qərib”. [Ayna:] Yoxsa sən mənim uşaqlarımı əlimdən alıb ərimə də göz dikirsən? - deyə dəlicəsinə qışqırırdı. S.Rəhimov.
2. məc. Hədsiz, coşqun bir surətdə, ehtirasla, son dərəcə. Mənim quş balasına olan məhəbbətimi oxuculara qələm ilə anlada bilməyəcəyəm. Bu kiçik məsum heyvanları dəlicəsinə sevirdim. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....