Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏLƏDUZ
is. Fırıldaqçı, adamaldadan, hiyləgər, bic. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Ə.Haqverdiyev. Bəlkə, deyirdim, kağızı bir dələduza oxutmuşdur, arvadı dolayıb qızışdırmışdır. Mir Cəlal.
// Sif. mənasında. [Şamama Cadu:] Amma dələduz nökərlə arası yoxdur. Ə.Haqverdiyev. Biz o cür dələduz adamların gərək tamam nəslini dəyer üzündən kəsək. M.S.Ordubadi.
// Söyüş mənasında. [İsmayıl bəy:] O elə bir dələduzdur ki, yer üzündə bərabəri yox. N.Vəzirov. Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....